Yeni ildə hansı günlər iş olmayacaq?
Dekabrın 2-də Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar imzalayıb.
Qərarda qeyd edilir:
– Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.
Bu qərar media dərc edildikdən sonra bir çox vətəndaşlar redaksiyamızla əlaqə saxlayaraq, konkret olaraq hansı günləri işləyib, hansı günləri bayram edəcəklərini soruşurlar.
Məsələyə aydınlıq gətirmək üçün bildirək ki, qərar istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Yəni, vətəndaşlar yanvarın 3-də və 6-dakı iş günlərinin əvəzinə dekabrın 28-i və 29-da da işləyib, dekabrın 30-dən yanvarın 7-dək istirahət edəcəklər. Beləliklə, vətəndaşlar 31 dekabr, 1,2,3,4,5 və 6 yanvarda istirahət edəcək, yanvarın 7-dən işə başlayacaq.

