“Yeni Müsavat” qəzetinin hüquqşünası və yazarı cəbhəyə yollandı
“Yeni Müsavat” qəzetinin hüquqşünası və yazarı Vaqif Hüseyn cəbhəyə yollanıb.
Musavat.com xəbər verir ki, o, Azərbaycan zabiti kimi düşmənə qarşı apardığımız Vətən müharibəsində bilavasitə iştirak edəcək.
Allahdan Vaqif qardaşımıza can sağlığı və uğurlar diləyirik. Qazavatı qutlu olsun! Qalib Ordunun qalib zabiti kimi geri dönsün!
Qeyd edək ki, Vaqif sabiq Baş nazir Pənah Hüseynin oğludur!
XƏBƏR LENTİ
2025/11/19 14:22

