“Yeni Müsavat” yazdı, İcra Hakimiyyəti İ.İsmayılov A18 ünvanının zirzəmi probleminin həllinə başladı – VİDEOREPORTAJ, FOTOLAR

“Yeni Müsavat”ın reportyor qrupu olaraq, bir neçə gün öncə Xətai rayonu, İnqilab İsmayılov küçəsi, bina A18 ünvanında yaşayan sakinlərin zirzəmi problemini işıqlandırmışdıq. Sakinlər bildirmişdi ki, su borularının çürüməsi nəticəsində uzun müddətdir kanalizasiyanın çirkab suları mütəmadi olaraq binanın zirzəmisinə axır. Zirzəmidən siçan və siçovullar evlərin döşəmələrini dağıdaraq evlərə daxil olur. Üfunət iyi blokları bürüyür və ağcaqanadların çoxluğu, anti-sanitar vəziyyət onların yaşayışlarını çətinləşdirir.

2.jpg (217 KB)

Sözügedən materialın “Yeni Müsavat”da dərc olunmasından sonra rayon icra hakimiyyəti məsələyə operativ reaksiya verib. Səhər saatlarında icra hakimiyyətinin nümayəndələri əraziyə baş çəkib, sakinlərlə görüşərək qeydlər aparıblar. Onlar bildiriblər ki, sakinlərin problemləri icra hakimiyyətinin diqqətindədir.

Günorta saatlarında isə “Azərsu”nun əməkdaşları əraziyə gələrək suyu zirzəmilərdən boşaltmağa başlayıblar.

Sakinlər də görülən işləri təqdirəlayiq sayır. Onlar “Yeni Musavat”a bildiriblər ki, 20 ildən artıqdır yaşadıqları zirzəmi probleminin həllinə başladılmasından məmnundurlar və rayon rəhbərliyinə, problemi gündəmdə saxlayan Yeni Müsavat Media Qrupuna təşəkkürlərini bildirirlər.

 

 

Reportaj

Nəşr edilib: 2020/01/10 21:30

Baxış: 337


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06