“Bu layihəni prezidentimizə hədiyyə edirik”
Dekabrın 24-də Ağdam rayonunda “Yeni Yurd” Ictimai Birliyinin təşkilati və maliyyə dəstəyi ilə inşa edilən 5-ci Subartezian quyu, həmçinin Bulağın açılış mərasimi keçiriləcək.
Minval.info xəbər verir ki, bu barədə birliyin rəhbəri Mahirə Əsədova məlumat verib. O bildirib ki, tədbir Prezident İlham Əliyevin doğum gününə həsr olunub:
“Tədbirimiz dekabrın 24-də baş tutacaq və ölkə başçısı İlham Əliyevin doğum günü ilə əlaqədar keçiriləcək. Mərasimi rayon əhalisi böyük səbirsizliklə gözləyir. Böyük məmnuniyyətlə cənab Prezident İlham Əliyevi və xanımı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı həmin mərasimdə görmək istəyirik. Bu bizim üçün fəxr olar” .
XƏBƏR LENTİ
2025/11/19 14:22

