Yeniyetmələr 65 manata görə iki qadını öldürüb evi yandırdı- YENİ DETALLAR
İki gün öncə Tovuzda törədilən cinayətin bir sıra detalları məlum olub.
“Minval.info” xəbər verir ki, cinayəti törədənlərdən Elcan Bağırov daha əvvəl oğurluğa görə məhkum olunub. Hazırda onun üzərində azadlığın məhdudlaşdırılması cəzası var.
Məlumata görə, həmin şəxslər gecə saat 02:00-da evə giriblər.
Evdə qonaq olan H.Cabbarova onları görüb, aralarında mübahisə yaranıb.
Birinci H.Cabbarovanı, daha sonra digər şəxsi bıçaqla öldürüblər. Daha sonra izi itirmək məqsədilə evi yandırıblar.
“Minval.info”
XƏBƏR LENTİ
2025/11/19 14:22

