Yevlax şəhərində gənc əsgərlərin andiçmə məra­si­mi keçirilmib – FOTOLAR

16 avqust 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə məra­si­mi keçirilmib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətiril­dik­dən sonra mərasim açıq elan edilib.

Minval.info xəbər verir ki, Azərbaycan Sərhəd Mühadizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən və dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik El­çin Quliyev Ulu Öndər Hey­dər Əliyevin dövlət sərhədlərimizin qo­run­­ması, Azər­baycan sərhəd müha­fi­zə­­sinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, Azərbaycan Res­pub­likasının Prezidenti, Si­lahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin rəisi Vətənə, dövlətə sədaqət andı içərək mü­qəd­dəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzə­­­ri­lərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və xidmətdə yüksək nəti­cələrə nail olacaqlarına əminliyini bil­dir­miş, onlara müvəffəqiyyətlər arzula­mışdır.

General-polkovnik Elçin Quliyev Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının – Milli Qurtuluş gününün 25-ci il dönümü ərəfəsində 2 min metr uzunluğunda dövlət bayrağımızı 2 mindən artıq sər­hədçinin çiyinləri üzərində daşıyaraq “Zəfərə doğru” yürüş etməsini xatır­lada­raq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin Ali Baş Komandalığı altında ən yaxın zamanlarda bu zəfər yürüşünün zə­fər döyüşünə çevriləcəyinə, Vətən sərhəd­lərinin bütöv­lü­yünün tə­min ediləcəyinə, işğaldan azad ediləcək ərazilərdə şərəf və ləyaqət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına əminliyini ifadə edib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıqlarını bildirmiş, övladlarını təbrik edərək Vətən sərhədlə­ri­nin keşiyində ayıq-sayıq dayanmalarını arzulayıblar. Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunub. Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşmüş, onların övladlarının Vətəninə, dövlə­tinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşması­na Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirib, oğullarının hərbi andı qəbul edərkən keçir­dikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.

Minval.info

Ordu

Nəşr edilib: 2018/08/17 12:15

Baxış: 317


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06