Yevlaxda piyadanı avtomobil vurdu

Yevlaxda yoldan heyvanları keçirən yaşlı qadını maşın vurub.
Minval.info xəbər verir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi ərazisindən keçən magistralda baş verib.
“Niva” markalı avtomobil yolun digər tərəfinə heyvanları keçirən 1956-cı il təvəllüdlü kənd sakini Qasımova Firəngiz Cəfər qızını vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

