“Yıxıldım yerə, güclə bayıra qaçdıq…” – Zəlzələ şahidləri DANIŞDI (VİDEO)

Azərbaycanda 4,4 və 6 maqnitola gücündə ardıcıl iki zəlzələ baş verib.

ARB TV-nin “Günə Doğru” proqramında baş vermiş zəlzələ ilə bağlı süjet hazırlanıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4, 3 bala yaxın hiss edilib.

Ardıcıl olaraq yerli vaxtla saat 23: 31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss edilib.

Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zamanı təkanlar nəticəsində dəyən ziyanla bağlı araşdırmalara başlayıb.

Sahibkar: “Marketi açanda tam dağılmış halda gördük. Tavan uçulub, şüşə qablar sınıb. 60, 70 min civarında ziyan dəyib”.

Sakin: “Dəhşətli zəlzələ idi. Evin daşları uçulub töküldü. Güclə bayıra qaçdıq”.

Sakin: “Əvvəl çilçiraqlar yelləndi. 2 dəqiqə keçmədi bir də gördük kompüter təpəsi üstə gəldi yerə”.

Sakin: “Yatmışdım. Zəlzələ oldu durub qaçanda pilləkəndən yıxıldım yerə”.

Səməd Fətəliyev – Baş həkim: “Xəstələr ən çox şəkərin, təzyiqin qalxması ilə əlaqədar və 5 xəstə isə epilepsiya ilə bağlı müraciət edib”.

Gündəm

Nəşr edilib: 2019/02/07 10:40

Baxış: 691


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06