Əyləncə axtaranların nəzərinə – FOTOLAR
Futbol, voleybol, mafiya oyunu, maraqlı yarışmalar, rayonlarda kamplar, xarici ölkələrə və ölkəmizin bölgələrinə turlar təşkil edən Meetingpart qrupu bu dəfə 1 yaşını qeyd edəcək.
Minval.info xəbər verir ki, qrupun özünəməxsus qaydaları var. Fərqli olan əsas tərəflərdən biri budur ki, bütün görüşlərdəki iştirakçılar bir-birini real həyatda tanımayan sosial şəbəkə istifadəçiləri arasından seçilir.
10 mart 2017-də keçirilən görüşlə fəaliyyətə başlayan qrup 1 il ərzində 120 nəfərdən çox insanla 17 görüş keçirib.
9 mart saat 17:00-da “Bərgüşad” şadlıq evində keçirilən Meetingpartın 1 yaş tədbirində siz də iştirak edə bilərsiniz.
Biletin qiyməti 5 AZN
Bilet əldə etmək üçün: Aida xanım 0508703172, Sabina xanım 0509649087
Ətraflı məlumat üçün facebook.com/meetingpart səhifəsini ziyarət edə bilərsiniz.
Qeyd edək ki, “Meetingpart” layihəsinin informasiya dəstəkçisi Minval.info saytıdır.






