Yolu keçmək istəyərkən vuruldu, vəziyyəti ağırdır
Siyəzən rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hacıyeva Təranə Ağarəhim qızını vurub.
Yaralı komatoz vəziyyətdə Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Ona qapalı kəllə-beyin travması, müştərəl travma diaqnozu qoyulub.
Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə Siyəzən polisi gəlib. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

