“Youtube” dəlixanası: Pul üçün sevgilisini vuranlar, övladlarını ilana yem edənlər…
Cənubi azərbaycanlı Nasim Aqdamın “Youtube”-un baş qərargahına etdiyi hücum dünyanın gündəmindən düşmür.
Bəziləri Nasimin “Youtube”nin ayrı-seçkiliyə qarşı etiraz edərək bu addımı atdığını iddia edirlər. Atası İsmayıl Aqdamın sözlərinə görə isə şirkətin ona ödəniş etmədiyi üçün bu addımı atıb. Nasim Aqdam intihar etməsi ilə birlikdə bütün sirlərini də özü ilə aparsa da, bəlli olan budur ki, o “Youtube”-da dəliyə çevrilən, pul qazanmaq üçün caniyə dönüşən ilk insan deyil.
Minval.info “Youtube”-da məşhur olmaq, pul qazanmaq naminə dəliyə dönən, psixoloji problemlər yaşayan hətta qatil olan insanlar haqqında məlumat verir:
Ötən il Monaliza Perez və Pedro Ruiz cütlüyü ansiklopedianın silahdan atılan güllənin qarşısını kəsdiyini göstərmək məqsədilə video çəkiblər. Ancaq hadisələr heç də gözlənildiyi məcrada davam etməyib və Perezin silahından çıxan güllə qalın kitabı deşərək Ruzinin ürəyinə dəyib və o, kameranın qarşısında can verib. Ruzidən ikinci uşağa hamilə olan Perez isə həbs edilib.

Amerikalı Qreq Cism qızları Anabella və Vikoria ilə çəkdiyi videolarla “Youtube”-da 8.3 milyon daimi izləyici əldə etmişdi. Əvvəlcə qızları ilə zarafatlaşıb, müxtəlif oyunları şərh edən ata 5 milyon dollar qazanıb. Daha sonra isə qızlarını əlindəki ilanla qorxudub video çəkən Qreqin kanalı bağlanıb və uşaqlarını istismar etməsi maddəsi ilə həbs edilib.

Mike Martin 9 yaşlı oğlu Cody ilə zarafatlaşdığı videoları “Youtube”-da yerləşdirərək 760 min daimi izləyici əldə etmişdi. Bir müddət sonra isə Mike zarafatların həddini artıraraq oğlunun ciddi xəsarətlər almasına səbəb olub. Nəticədə onun kanalı bağlanmaqla qalmadı, eyni zamanda Mike valideynlik hüququndan məhrum edildi.

Amerikalı Sam və Nia Rader cütlüyü isə daha çox pul qazanmaq üçün izləyicilərin hisləri ilə oynamaqdan çəkinməyiblər. Cütlük əvvəlcə uşaq gözlədikləri barədə xəbəri video vasitəsilə vermişdilər. Sonra isə “Youtube”-da açdıqları canlı yayımda guya Nianın ağrıları başlayır və əri Sam onu tez xəstəxanaya aparır. Bu video vasitəsilə onlar on minlərlə izləyici toplaya biliblər. Ancaq sonda hər şeyin yalan olduğu bəlli olub və cütlük cəmiyyəti aldatdığı üçün onlara cinayət işi açılıb.

Dəniz
Minval.İnfo


