“Youtuber” öz uşaqlarını zəhərləyib onların ağlamaqlarını sosial şəbəkədə paylaşdı – FOTOLAR
Tez-tez gülməli videolar çəkən “youtuber” DJ So Cool bu dəfə öz uşaqlarının ağlamalarını sosial şəbəkədə paylaşıb.
Minval.İnfo xəbər verir ki, 5.6 milyon izləyicisi olan və bu tip videolarla məşhurlaşan “youtuber”in bu paylaşımı bir çoxlarını qəzəbləndirib. Hətta ona qarşı polis tərəfindən araşdırma belə başladılıb.
Videoda onun dondurmalara insanın həzm sistemini korlayan maddə qatıb uşaqlarına verməsi aydın görünür. Hələ bu azmış kimi DJ So Cool uşaqlarının ağlamaqlarını belə kadra çəkib.
“Youtuber”-in hansı cəzaya məhkum olunacağı maraqla gözlənilir.
Video şikayət əsasında sosial şəbəkədən silinib.
Tamerlan







XƏBƏR LENTİ
2025/11/19 14:22

