Yük yerində “powerbank” partladı, təyyarədə qorxu dolu anlar yaşandı – VİDEO
Çindəki bir hava limanında qalxış üçün gözləyən təyyarənin yük yerində yanğın hadisəsi qeydə alınıb. Telefona enerji doldurmaq üçün istifadə olunan “powerbank” adlanan cihazdan çıxdığı müəyyənləşən yanğın stüardessa tərəfindən söndürülüb.
Minval.İnfo xəbər verir ki, yanğının sərnişinlərdən birinin çantasındakı cib telefonuna enerji doldurmaq üçün istifadə olunan “powerbank”-ın partlaması nəticəsində baş verdiyi müəyyən olunub.
Vəziyyəti tez müəyyənləşdirən stüardessa suyu alovun üzərinə tökərək onu söndürməyə nail olub.
Şanxay Beynəlxalq Hava limanında yaşanan bu hadisədən sonra verilən məlumta əsasən hadisəyə səbəb olan sərnişin polis tərəfindən sorğulanıb.
Video, internettə izlənmə rekoru qırsa da ağılllarda belə bir sual da yaradıb “niyə yanğın söndürmə balonun olmayıb” və digər bir nüans da kimyəvi tərkibli bir cihazdan yanğın çıxırsa bunun niyə su ilə söndürülməsi olub.
Məleykə
Minval.info

