Yunanıstanda İran səfirliyi daşa basıldı – VİDEO
Yunanıstanın paytaxtı Afina şəhərində İran səfirliyinin binasına hücum edilib.
Minval.İnfo xəbər verir ki, səfirliyin binasına daş və butulkalar atılıb, nəticədə diplomatik nümayəndəliyin polis məntəqəsinin şüşələri sındırılıb və binanın fasadına zərər yetirilib.
Məlumata görə, hadisəni “Ruvikonas” adlı anarxist təşkilatın üzvləri həyata keçirib.
Qeyd edək ki, təşkilat daha öncə Yunanıstanda olan Türkiyə səfirliyinə və Türk Hava Yollarının ofisinə hücum edib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


