“Yuventus” və PSJ “Barselona”nı “ofsayd”a saldı
“Barselona” “Ayaks”ın gənc ulduzu Mattis de Liqtin transferi uğrunda mübarizədən kənarda qalıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb maliyyə məsələləri olub. Belə ki, “Yuventus” və PSJ-nin bu futbolçu üçün təklifi “Barselona”nın təklifindən üstün olub.
Qeyd edək ki, 19 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə meydana çıxdığı 55 rəsmi oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏR LENTİ
2025/11/19 14:22

