Yuxuya gedə bilmirsən? – BUNLARI YOXLA
Gündəlik həyatımızda yuxunun vacibliyi danılmazdır. Günə yaxşı başlayıb, gün boyu aktiv olmaq, qarşıya qoyulan məsələləri həll etmək üçün 8 saatlıq yuxu çox vacibdir.
Bir çoxumuz gün boyu nə qədər işləyib yorulsa da yuxuya getməkdə çətinlik çəkə bilir. Bunun bir çox səbəbi var.
Əgər siz də bu problemdən əziyyət çəkirsinizsə aşağıda göstərilmiş 5 qayda sizin üçün faydalı olacaqdır.
Sistem yaradın
Əgər siz də hər gün fərqli saatda yatağa girirsizsə, bu sizin rahat yuxuya getməyinizə maneə olacaqdır. Bir çox alimin fikirincə, rahat yuxuya getmək üçün insan hər gün eyni saatlarda yuxuya gedib eyni saatlarda yuxudan oyanmalıdır.
Yuxuya getməmişdən öncə telefon və kompüter işlətməyin
Hər nə qədər çətin olsa da yuxuya getmək üçün ən vacib qayda yatmazdan azı 2 saat öncə telefon və kompüterlərdən uzaq durmaqdır. Bunu professor Metyu Volker belə izah edir: “Gecə yatmazdan əvvəl LED ekranlı cihazlara baxmaq yuxumuzun qaçmasına səbəb olur. Bu tip cihazlar insan beyninə böyük miqdarda mavi şüa göndərir ki, bu da insan beynin yanılmasına, gecə və gündüzü səhv salmasına səbəb olur”.
Temperaturu sərin saxlayın
Bir çoxumuz yataq otağında temperaturun yüksək olmasına çalışır və bunun rahat yuxuya getməyimiz üçün xeyirli olduğunu düşünür. Lakin alimlərin fikrincə isti otaqda yatmaq yuxunuzun qaçmasına səbəb olur. Yatdığınız yerdə temperaturun 18.5 dərəcə olması məsləhət görülür. İnsanın düzgün bir yuxu alması üçün onun beyin temperaturunun düşməsi gərəkdir. Ancaq otağın temperaturu yüksək olduqda bu proses tamamlanmaz.
İçkidən uzaq durun
Bir çoxumuz alkoqollu içki qəbul etməyin yuxuya tez getməyə səbəb olduğuna inanır. Lakin alimlərin fikrincə bu belə deyil. Alkoqollu içkilər sakinləşdirici içkilər sırasına daxildir. İnsan bu tip içkiləri qəbul etdikdə beynin fəaliyyəti bir növ yavaşlayır. Yuxuya getdiyimiz zaman isə alkoqolun təsirindən beyin tam yuxuya getməz və səhər yuxudan durduqda beyində yorğunluq, hələ də tam çıxmış olmaz. Yatmazdan öncə kafein qəbul etmək də yuxuya getmək prosesini çətinləşdirir. Hətta əgər siz yuxuya getsəniz belə yuxunuz bir o qədər də dərin olmaz. Nəticədə gün boyu özünüzü yorğun hiss edəcəksiz.
Yuxunuz gəlmirsə yataqdan qalxın
Əgər yatağa girdikdən 20 və ya daha çox dəqiqə ərzində yuxuya gedə bilmirsinizsə yataqdan qalxın. Evin içində gəzinin və ya bir kitab götürüb oxuyun.
Tamerlan Mehdi
Minval.İnfo

