Yüz manatlarla tərini silib, yerə atdı – VİDEO
Azərbaycanda milli pulla tərini silən şəxsin videosu yayılıb.
Minval.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda görünən şəxs əlində olan yüz manatlıq əskinaslarla tərini silir, daha sonra pulu əzərək zibil kimi maşının içinə atır.
Onun bu addımı heç də xoş qarşılanmayıb, bu əməl qudurğanlıq adlandırılıb.
Həmin şəxsin danışığı, hərəkətləri və olduğu kənd avtobusundan bəlli olur ki, varlı biri deyil və bunu zarafat üçün edib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

