Zahid Oruc: “Bu sənəddə Xankəndi, Xocalı, Xocavənd adının ayrılıqda göstərilməsini təklif edirəm”
Komitə sədri Zahid Oruc Milli Məclisdəki büdcə müzakirələrində öncə ölkə prezidentini doğum günü münasibətilə təbrik etdi.
Musavat.com xəbər verir ki, deputat bildirdi ki, dövlət başçısı üçün ən böyük hədiyyə rəhbərlik etdiyi ölkənin bütöv olmasıdır.
“İlk dəfədir ki, 2021-ci ilin dövlət büdcəsini qalib ölkənin büdcəsi olaraq qəbul edirik”, deyən Z.Oruc çox vacib bir mövzuya diqqət çəkdi. “Bu sənəddə Xankəndi, Xocalı, Xocavənd adının ayrılıqda göstərilməsini təklif edirəm”,-deyə millət vəkili bildirdi.
Həmçinin qeyd etdi ki, şəhid adlarının əbədiləşdiriməsi ilə bağlı məhdudlaşmaya da son qoyulmasına, prosedurun sadələşdirilməsinə ehtiyac var. Z.Oruc söylədi ki, fəal əhalinin üç nəfərindən yalnız birinin əmək müqaviləsi var. Torpaq payı olanlardan dərzilərə qədər çoxları işsizlik statusunu qəbul edə bilmirlər.

