Zamiq “Gözlərində”ni təqdim etdi
Müğənni Zamiq Hüseynov “Gözlərində” adlı yeni mahnı və ona çəkdirdiyi klipini təqdim edib.
Minval.info xəbər verir ki, bəstənin müəllifi OGB-dir. Mahnının aranjimanı Samir Şirinov, mix-masteri Oleq Naumov, bekvokalı isə Esmira Rzayeva və Leyla Sezere aiddir. Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn klipdə, Zamiq tərzli libasları ilə göz oxşayıb. Xarizmatik ulduzun “make-up”ı üzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin prodüseri Fuad Vəlizadədir. Bundan əlavə, Hüseynov Niko Abbasovun obyektivi ilə lentə alınan retro fotosessiyasını da paylaşıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

