“Zamiqdən nəyim əskikdir?” – Şəhriyar Əbilov

Aparıcı Şəhriyar Əbilov müğənni Zamiq Hüseynova həsəd apardığını etiraf edib.
Minval.info xəbər verir ki, o, bu haqda “Tam vaxtıdır” proqramında deyib. Aparıcı bildirib ki, hər dəfə ifaçının övladı ilə şəklini görəndə onun kimi etməyi arzulayıb:
“Adam yorulur, istəyirsən övladınla şəkil paylaşasan. Baxırsan, Zamiq Hüseynov oğlu ilə şəkil bölüşür. Düşünürəm ki, mən kimdən əskiyəm. Mənim oğlum var axı, niyə etməyim?”.
Qeyd edək ki, Şəhriyar 4 ildir rəqqasə Oksana Rəsulova ilə ailəli olduğunu bildirib. O, sənətçinin oğlu Osmanın atası olduğunu etiraf edib.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

