Zaqatalada yol qəzası oldu, xəsarət alanlar var
Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Şimal qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.
Qəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakinləri: 1957-ci il təvəllüdlü Məmmədova Fatma Abdulla qızı, 1994-cü il təvəllüdlü İsmayıllı Natəvan Namiq qızı və Balakən rayon sakini, 1992-ci il təvəllüdlü Akkubayev Rahil Nəbiyulla oğludur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

