Zaurdan qadağa: “Açıq-saçıq geyinəni efirə buraxmayacam”

Aparıcı Zaur Kamal verilişinə qonaq gələn müğənnilərə qadağa qoyub.
O, bu barədə “5/5” verilişində deyib. Minval.İnfo xəbər verir ki, Zaur qısa geyinən qonaqları efirinə buraxmayacağını bildirib:
“Efirə yeni çıxanlar elə bilirlər ki, qısa, açıq-saçıq geyinərək qabağa gedəcəklər. Bu gündən qadağa etdim, bu cür müğənniləri efirə almayacam. İzləyicilər də narazıçılıq edir. Deyirlər ki, Zaur, sən köhnəfikirli insansan, nə əcəb belə şeyə yol verirsən? Bəzilərini şalla bağlayıram, bəzisi qəfildən gəlir.
Bu vaxt elədir ki, ailə oturub evdə baxır. Təzə gələnlər, açıq-saçıqla sevilməyəcəksiniz. Bir də belə olsa, məndən inciməyin”.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

