Zelenski Ukraynanın paytaxtını dəyişmək istəyir
Kiyev Ukraynanın uzun illər əsas şəhəri, paytaxtı olub. Amma bu status itirilə bilər.
Bizimyol.info xəbər verir ki, yeni prezident Vladimir Zelenskinin komandası paytaxtı dəyişmək fikrinə düşüb. Bu haqda “Həyat uğrunda” müxalifət platformasının həmsədri Vadim Rabinoviç “112 Ukraina” telekanalının efirində danışıb.

Rabinoviç prezident administrasiyasında dolaşan, müzakirəyə çıxarılan ideyanı ələ salıb. O, məzəmmətlə Krivoy Roqun adını çəkib.
Rabinoviç bunu lətifə adlandırıb. Partiya rəhbəri Zelenskinin komandasını ölkəni yumoristik şouya çevirməməyə çağırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


