Zidan Ronaldonun vurduğu qol haqqında: “Mənim qolum daha gözəl idi”

“Mənim 2002-ci ilin finalında vurduğum qol daha gözəl idi. Onları sadəcə siz daha çox müqayisə edə bilərsiniz”. Bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib. 

O, dünən Çempionlar Liqasının ¼ final mərhələsində “Yuventus”a qalib gəldikləri oyundan sonra “sizin 2002-ci ildə vurduğunuz qol daha gözəl idi, yoxsa Ronaldonun  “Yuventus”a vurduğu qol” sualına cavab verərkən belə danışıb. Daha sonra fransalı mütəxəssis matç haqqında fikirlərini açıqlayıb: “Ronaldo hər zaman eynidir. Gücünü göstərməyi bacarır. Buffon da dünyanın ən güclülərindəndir. Belə oyunçular qarşısında papaq çıxarmaq lazımdır. Ronaldonun qoluna gəlincə, bu, futbol tarixinin ən gözəl qollarından biridir. Mən “Real”ın məşqçisi, dünya futbolunun fanatıyam. Nə zaman futbolda gözəllik görsəm, sevinirəm. Bu cür gözəl qoldan sonra əlimi başıma qoymağım təbii idi”.

Zidan Ronaldonu unikal oyunçu adlandırıb: “Onun üçün həyəcanlandım. Ronaldo unikal futbolçudur. Kriştianunun komandamızda olmasına sadəcə sevinə bilərik və xoşbəxtik. O, möhtəşəm bir istedaddır. “Yuventus”un stadionunda Ronaldonu alqışlayan bütün azarkeşlər möhtəşəmdir. Hər kəs bu cür hərəkət edə bilməzdi”.  “Qafqazinfo”

İdman

Nəşr edilib: 2018/04/04 11:07

Baxış: 546


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06