Zirədə maskalı şəxslər evə basqın edib, qadına xəsarət yetirib
İyunun 18-də saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S. Süleymanovanın evinə girmiş maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib, oradan 600 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H. Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

