“Zirə” Fofana ilə müqavilə imzaladı
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Minval.info klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fil Dişi Sahilindən olan İsmail Fofana ilə anlaşıb.
Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 30 yaşlı hücumçunun son klubu Serbiyanın “Voyvodina” klubu olub.
Qeyd edək ki, “Zirə” bunadək Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı və Mfo Kqasvaneni heyətinə qatmışdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22


