Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək
Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.
Minval.info xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.
8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.
Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

