Zorlandığını deyən Nuranə haqqında qarşı tərəf efirə şok video təqdim etdi
Bu gün Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da zorlandığını deyən Nuranə üçün qarşı tərəf inanılmaz görüntülər efirə təqdim edib.
Belə ki, görüntülərdə Nuranə həm ailəyə hücum edir, hətta gecə saatlarında «sevdiyi» oğlanın avtomobilinə bıçaqla ziyan yetirir.
Minval.info xəbər verir ki, Nuranənin anası baş verənlərlə bağlı açıqlama verib. Onun çıxışı diqqət cəlb edib. Belə ki, o, bəzi analara ağlayaraq səslənib: «Özünü dənizdən atan, intihar edən qızlarımız məhz valideyn dəstəyi olmadığı üçün belə addımlar atırlar. Amma mən qızımı atmadım. Ona dəstək oldum. Qızıma görə ərim də, qohumlarım da məndən üz çevirdi. Analar mənə dəstək olun»
Qeyd edək ki, ötən gün Nuranə verilişə müraciət edərək sevdiyi oğlan tərəfindən zorlandığını bildirmişdi.
Olduqca müəmmalı hadisələrin yaşandığı anları sizə təqdim edirik:
Minval.info

