Murad Boz Bakıdakı 400 minlik toyun görüntülərini paylaşdı – VİDEO
Türkiyənin tanınmış müğənnisi Murad Boz bir neçə gün əvvəl Bakıda iştirak etdiyi toydan görüntüləri paylaşıb.“Minval.İnfo” xəbər verir ki, sənətçinin “Youtube”da yerləşdirdiyi videoda Bakıya gəlişi, toyda iştirakı və daha sonra Türkiyənin Osmaniyə şəhərindəki konsertinin görüntüləri əks olunub.
Murad Bozun Bakıda toyda iştirak üçün 400 min dollar aldığı, hətta paytaxtımıza özəl təyyarə ilə gətirildiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, “Böyük Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub. Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.
Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur. Bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə “Moskva” univermağının sahibəsidir.
Həmçinin, gəlinin Qaxda tanınmış nəslin təmsilçisi olduğu bildirilir.
Bakıdakı dəbdəbəli toyun sahibi bəlli oldu – Şöbə müdirinin oğlu
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

